Reklam

Burada sizin reklamınız ola bilər

[Yüklə]Qaraqan - Şeytanın Kitabı (PDF)

Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki, o bir adam deyil – bir neçə yerə bölünə bilir. Kimlərsə deyirdi ki, o peyğəmbərdi. Bəziləri isə sakitcə pıçıltı ilə deyirdilər: “O şeytandır” .

Qaraqan haqqında:

Zeynallı Elxan Aqşin oğlu (QaraQan) - Azərbaycan musiqiçisi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Milli Kitab" mükafatı müsabiqəsinin ilk qalibi.Hal-hazırda 6 romanın müəllifidir.A,Bir milyon dollarım olsaydı,Mələk,Evakuasiya,Исповедь одного извращенца,Birinci addım.
Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur.
2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.

2014-cü ilin sonlarında "İkinci addım" adlı kitabının təqdimatı keçirildi. Təqdimat həm də seminar xarakteri daşıyırdı. Seminarın sonunda oxucular Qaraqana olan suallarını verdilər.



Yüklə
İndir

[Yüklə]Qaraqan - Şeytanın Kitabı (PDF) [Yüklə]Qaraqan - Şeytanın Kitabı (PDF) Reviewed by Tarlan on Kasım 09, 2020 Rating: 5

3 yorum:

  1. Bu kitabi oxuyun hardan tapirsiz tapin ama oxuyun ve sona kimi bitirin

    YanıtlaSil
    Yanıtlar
    1. Salam men indire bilmedim , linkini ata bilərsiniz???😣

      Sil

Blogger tarafından desteklenmektedir.