Elxan Elatlının "14-cü adam"
Detektiv əsərlər müəllifi Elxan Elatlının "On dördüncü adam" romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib.
Evin yeganə oğul övladı olan gənc böyük arzularla Bakıya ali təhsil almağa gəlir. Bir neçə ildən sonra anlayır ki, ömrünün ən gözəl çağlarını yaşayan əksər tələbələr kimi onun da sevib-sevilməyə ehtiyacı var. Amma universitetdə yüzlərlə gözəl qızın arasında olan bu gənc öz taleyinin qismətini qəribə üsulla seçməyə qərar verir, həyatını qumara qoyur. O ümidlə ki, tale qismətinə də elə ilk baxışdan vurulduğu həmin o qızı çıxaracaq...
Amma tale onunla amansız oyun oynayır. Həyat eşqi aşıb-daşan, gələcək xoşbəxtliyinin xəyallarını quran gəncin qarşısına sonradan evlənməyə, az sonra isə boğub öldürməyə məcbur olacağı qızı çıxarır. Bu qadın onu qatilə, qumarbaza, bədbəxt bir adama çevirir...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Elxan Elatlının 14cü adam
[Yüklə]Elxan Elatlının - On dördüncü(14cü) adam (pdf)
Reviewed by Tarlan
on
Kasım 08, 2020
Rating:
Maraqlı kitablar üçün təşəkkürlər
YanıtlaSil