Azərbaycanın ən böyük bankı 9 Alzheimer xəstəsinə sponsor olaraq, onları müalicə etdirmək üçün büdcə ayırır. Lakin təsadüfi seçilmiş bu 9 xəstə banka gəldikdən sonra qəribə hadisələr baş verir və bir-birini tanımayan bu 9 Alzheimer bankı soymağa başlayır. Bir tərəfdən bu müəammalı soyğuna tamaşa edərkən, bir tərəfdəndə də bir çox maraqlı məlumatlar oxuyacaqsınız.
Salam Nailə
- ...
- Necəsən ? Dünən nə baş verdiyini xatırlayırsan ?
- Dünən ? Hıııı.... dünən evdəydim. İşə gedə bilmədim
- Evdə ? axı bankdaydın, bankda nə baş verdi xatırlamağa çalış
- İşə getməliyəm. Müştərilərim gözləyir, neçə vaxtdır məşğul ola bilmədim
- Nailə mənə bax, mənə bax. Bu oğlanı tanıyırsan ? (Bir oğlan şəkli göstərir)
- Müştərim qapıda qalıb yəqin indi. Ona söz vermişdim ki kömək edəcəm. Anası ilə arvadı çox dalaşır. Bu davalardan bezib artıq. Məndən kömək istəyir ki, psixologiyam pozulub. Mən də dedim ki, bu normaldı hər ailədə dava olur. Xüsusən də gəlin-qayınana. Amma o, istəyir ki dalaşmasınlar. Mən də dedim haha. Bu necə mümkün axı. Bir evdə gəlin də var. Qayınana da. Dalaşmasalar kim dalaşacaq. Sonr....
- Nailə !!!! Sən Rəşad adlı adam tanıyırsan ? yadına sal sadəcə ! - Dedim arvadına denən biraz altdan alsın. Nəticədə o birsi də anandı. Mənim qaynanam yoxdu. Amma olsa mən dalaşmaram. Çünki ərim başqa psixoloqa getsin istəmərəm haha. Sizin qaynananız var ? Dedektiv əsəbləşərək otaqdan çıxdı. Heç biriylə və heç nə, heç də asan keçməyəcəkdi. Onların hamısıyla təktək görüşmək sadəcə beynini yormaqdan başqa bir şey deyildi. Bunu dedektiv özü də çox gözəl bilirdi, lakin nəsə tapmaq ümidi və vəzifə borcuna görə bunu etməliydi. İlk ifadəsi bitmişdi və indi digər soyğunçu Alzheimer Rza dayıdan ifadəsini almalıydı..
Yüklə
Alçin - 9 Alzheimer
Reviewed by Tarlan
on
Mayıs 17, 2019
Rating:
Hiç yorum yok: